Bank Of Baku

Radikal vəhhabi təriqətinin və terrorçu qruplaşmanın üzvü olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Radikal vəhhabi təriqətinin və terrorçu qruplaşmanın üzvü olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 24 noyabr 2008 13:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə radikal vəhhabi təriqətinin və terrorçu qruplaşmanın üzvü olmaqda təqsirləndirilən Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Kamran Əsədov və daha 19 nəfərin məhkəməsinin hazırlıq iclası başlayıb. Hərbi Məhkəmədən APA-ya verilən məlumata görə, hakim İslam Nimanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında prosesdə təqsirləndirilən şəxslər onların barələrində açılmış cinayət işi ilə tanış ediliblər. Məhkəmə baxışı bu il dekabrın 4-ə təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Müdafiə Nazirliyinin Xanlar rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin zabiti baş leytenant Kamran Əsədov Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən ötən ilin noyabrında həbs edilib. O, vəhabilərdən ibarət terrorçu qruplaşmasının üzvü olmaqda təqsirli bilinir. K. Əsədov xidmət etdiyi hərbi hissədən 4 avtomat, 1 “PK” əl pulemyotu, 20 əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və hərbi ləvazimat oğurlayaraq hərbi hissəni özbaşına tərk edib. Kamran Əsədov və qrupun digər üzvləri oğurladıqları silah-sursatı və hərbi ləvazimatların bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. K. Əsədovda daxil olmaqla qrupun bəzi xarici ölkələrin Azərbaycandakı səfirliklərinə qarşı terrorçuluq aksiyası keçirmək planları ortaya çıxıb. Bundan başqa dəstə üzvləri - Kamran Əsədov, Fərid Cabbarov və Bəxtiyar Orucov Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən «LukOyl» yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək, odlu silahdan atəş açmaqla işçilərdən birinə ağır bədən xəsarəti yetiriblər və 3 min manata yaxın pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçıb gizləniblər. Adıçəkilən dəstə üzvləri radikal dini qruplaşmaların üzvü olmaqda, terorizm və banditizmdə təqsirli bilinirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR