Bank Of Baku

Məhkəmə Eynulla Fətullayevin Elmar Məmmədyarova qarşı iddiasını təmin etməyib

Məhkəmə Eynulla Fətullayevin Elmar Məmmədyarova qarşı iddiasını təmin etməyib
# 24 noyabr 2008 13:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Yasamal rayon Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin xarici işlər naziri Elmar Məmmədyarova qarşı iddiasına baxılıb. APA-nın məlumatına görə, E. Fətullayevin vəkili İsaxan Aşurov məhkəmədə müdafiə etdiyi şəxsin iddiasını müdafiə etdiyini deyib. İ. Aşurov bildirib ki, E. Fətullayevin 2007-ci ildə “Realnıy Azerbaydjan” qəzetində dərc olunmuş “Əliyevlər müharibəyə gedir” məqaləsinə görə Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının, iş adamlarının narahat olduğunu deyən xarici işlər naziri öz mövqeyini faktlarla əsaslandırmalıdır. Vəkil qeyd edib ki, Eynulla Fətullayev Elmar Məmmədyarovdan narahat olan şəxslərin siyahısının açıqlanması üçün sorğu göndərsə də, hələ də cavab almayıb.

XİN nümayəndəsi Ramiz Əliyev isə ümumilikdə iddianı əsassız hesab edib.

Hakim müşavirədən qayıtdıqdan sonra iddianın təmin edilməməsi barədə qərar çıxarıb.

E. Fətullayevin vəkili İ. Aşurov jurnalistlərə qətnamədən apellyasiya şikayəti veriləcəyini deyib.

Qeyd edək ki, E. Fətullayev 2007-ci il aprelin 20-də böhtan ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistə qarşı Cinayət Məcəlləsinin terrorla hədələmə, vəzifə səlahiyyətindən istifadə etməklə, milli, irqi və dini ayrı-seçkilik salma və vergidən yayınma maddələri ilə yeni cinayət işi açılıb. 2007-ci il oktyabrın 30-da Fətullayev 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR