Bank Of Baku

Naxçıvanda yaşayış evi yanıb

Naxçıvanda yaşayış evi yanıb
# 24 noyabr 2008 13:41 (UTC +04:00)
Naxçıvan-APA Naxçıvan şəhərində yanğın baş verib. APA-nın məlumatına görə, hadisə Naxçıvan şəhər sakini Məmmədov Qüdrət Hidayət oğluna məxsus 140 kvadratmetrlik dörd otaqlı fərdi yaşayış evində baş verib. Yanğınsöndürənlər evin tamamilə yanmasının və alovun qonşu evlərə keçməsinin qarşısı alıblar. Q. Məmmədova məxsus evin ümumilikdə 45 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Yanğın zamanı xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR