Bank Of Baku

Azərbaycanın şəhərlərindən birində yeni ailə qurmuş ər və arvad intihar edib

Azərbaycanın şəhərlərindən birində yeni ailə qurmuş ər və arvad intihar edib
# 24 noyabr 2008 14:55 (UTC +04:00)
Sumqayıt şəhər Polis İdarəsindən (ŞPİ) APA-ya verilən məlumata görə, hadisə ötən gün Xəzər dənizinin Sumqayıt şəhərindəki ərazisində baş verib. Şəhər sakinləri, 1985-ci il təvəllüdlü Xəyal Hüseynov və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şəlalə Əliyeva 50-dən çox müxtəlif adda yüksək dozalı həb qəbul edərək intihar etmək istəyiblər.

Adıçəkilən şəxslər dəniz kənarında huşsuz halda yerli sakinlər tərəfindən aşkar edilərək, şəhər xəstəxanasına çatdırılıblar. Həkimlərin dediyinə görə, Ş. Əliyevanın vəziyyəti ağır, X. Hüseynovun yaşamaq şansı isə çox azdır.

ŞPİ-dən bildirilib ki, yeni ailə qurmuş gənclərin intihar etməsinə X. Hüseynovun valideynlərinin onların ailə qurmalarına etiraz etməsi səbəb olub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR