Bank Of Baku

20 gün əvvəl itkin düşən Sumqayıt sakininin meyiti əli-qolu bağlı, torpağa basdırılmış vəziyyətdə tapılıb

20 gün əvvəl itkin düşən Sumqayıt sakininin meyiti əli-qolu bağlı, torpağa basdırılmış vəziyyətdə tapılıb
# 24 noyabr 2008 15:43 (UTC +04:00)
Bildirilib ki, 20 gün əvvəl, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Habil Müslüm oğlu Novruzov idarə etdiyi “Mercedes” markalı, 50 BB 018 dövlət nömrə nişanlı avtomobili ilə itkin düşməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olub. Onun itkin düşməsindən 16 gün sonra H. Novruzova məxsus “Merdeces” yanmış halda Abşeron rayonunun Saray bağları adlanan ərazidə aşkar edilib. Abşeron rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu gün H. Novruzovun meyiti həmin ərazidə torpağa basdırılmış vəziyyətdə tapılıb. H. Novruzovun əlləri və ayaqları bağlı vəziyyətdə olub və onun cəsədinin üzərində çoxlu sayda zorakılıq əlamətləri aşkar edilib. İlkin ehtimala görə, H. Novruzov xüsusi amansızlıqla qətlə yetirilib və sonradan torpağa basdırılıb. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib və hazırda Abşeron RPŞ tərəfindən qətl hadisəsini törədənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Abşeron rayon Prokurorluğundan APA-ya fakt təsdiqlənib. Prokurorluqdan cinayət hadisəsinin üstünün açılmadığı və araşdırma aparıldığı üçün heç bir açıqlama verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR