Bank Of Baku

Sumqayıtda baş verən yol qəzasında 76 yaşlı piyada ölüb

Sumqayıtda baş verən yol qəzasında 76 yaşlı piyada ölüb
# 24 noyabr 2008 15:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Sumqayıt şəhərində 76 yaşlı kişini maşın vurub. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Koroğlu küçəsində baş verib. Sumqayıt şəhər sakini, 1953-cü il təvəllüdlü Abid Salamov idarə etdiyi “Mercedes” markalı, 10 SX 936 dövlət nömrə nişanlı maşınla piyada, 1932-ci il təvəllüdlü Qələmdar Qələmdarovu vurub. Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR