Bank Of Baku

QKDK-nın sabiq sədri Gündüz Məmmədov Azərbaycan Baş Prokurorluğunda vəzifəyə təyin olunub

QKDK-nın sabiq sədri Gündüz Məmmədov Azərbaycan Baş Prokurorluğunda vəzifəyə təyin olunub
# 24 noyabr 2008 17:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sabiq sədri Gündüz Məmmədov yeni vəzifəyə təyinat alıb. APA-nın məlumatına görə, o, Azərbaycan Baş Prokurorluğunun Tədris Mərkəzində məsul vəzifəyə təyin edilib.

Qeyd edək ki, G. Məmmədov 2005-ci il oktyabrın 18-də Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub. Bu il noyabrın 19-da yeni kabinet təsdiqlənərkən isə o, təyinatdan kənarda qalıb.

QKDK sədri vəzifəsinə isə Azərbaycan Milli Bankı İdarə Heyətinin üzvü, Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin rəhbəri Rüfət Aslanlı təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR