Bank Of Baku

Qobustan həbsxanasında tibb xidməti əməkdaşından narkotik vasitə götürülüb

Qobustan həbsxanasında tibb xidməti əməkdaşından narkotik vasitə götürülüb
# 25 noyabr 2008 07:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan həbsxanasında çalışan tibb xidməti üzrə gizirdən narkotik vasitə götürülüb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, cəzaçəkmə müəssisələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən qanunvericilikdə qadağan olunmuş əşyaların ötürülməsinə qarşı əməliyyat tədbirləri davam etdirilir. Ötən gün Penitensiar Xidmətin həbsxanasının əməliyyat aparatı işçiləri tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri zamanı həmin həbsxanada feldşer vəzifəsində çalışan, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin əməkdaşı, 2006-cı ildən ədliyyə orqanlarında xidmət edən tibb xidməti giziri, 1974-cü il təvəllüdlü Namiq İmran oğlu Babayevin üzərindən 50 ədəd dərman həbləri və 13,43 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR