Bank Of Baku

Bakı sakininin evindən xeyli miqdarda pul və zinət əşyaları oğurlanıb

Bakı sakininin evindən xeyli miqdarda pul və zinət əşyaları oğurlanıb
# 25 noyabr 2008 08:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı sakininin evindən 8 min ABŞ dolları və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Əzizbəyov rayonunun Qala qəsəbəsinin sakini, 1951-ci il təvəllüdlü Svetlana Abdullayeva polisə müraciət edərək evindən 8 min ABŞ dolları və xeyli miqdarda qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Əzizbəyov Rayon Polis idarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, 1974-cü il təvəllüdlü Rövşən Həşimov saxlanılıb. O, ilkin dindirilmə zamanı oğurluq əməlini tamah məqsədi ilə törətdiyini etiraf edib. Faktla bağlı raşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR