Bank Of Baku

Türkiyədə internet vasitəsilə soyğunçuluqla məşğul olan 2 azərbaycanlı həbs edilib

Türkiyədə internet vasitəsilə soyğunçuluqla məşğul olan 2 azərbaycanlı həbs edilib
# 25 noyabr 2008 08:44 (UTC +04:00)
İstanbul – APA. Türkiyədə internet vasitəsilə soyğunçuluqla məşğul olan 4 nəfərlik dəstə ifşa edilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2 Azərbaycan və 2 Türkiyə vətəndaşından ibarət dəstə İsveçrədəki “Arner Bank”ın saytının eynisi olan başqa bir sayt yaradaraq Vyetnamda fəaliyyət göstərən bir şirkətin və yunanıstanlı iş adamının “bank”a 3,9 milyon avro pul köçürməsinə nail olub. Azərbaycanlı Əflatun Abdullayev və Xosrov Bağırov, xorvatiyalı Saşa Yovanovski və onun türkiyəli həyat yoldaşı Fatma Pelin Yovanovski Vyetnamdakı “Son Dai Do Campany”dən 1,4 milyon avro, yunan iş adamı Papas Qriqoriosdan isə 2,5 milyon avro pul qoparıblar. Onlar son olaraq Türkiyədəki “Büyükmıhçı Bor” Anonim Şirkətinin maliyyə müşaviri Sərdar Çağları tora salmaq istəyiblər. Özlərini “Arner Bank”ın səlahiyyətli nümayəndələri ikimi təqdim edən qrup üzvləri S. Çağlara 60 milyon avro məbləğində kredit vəd ediblər. Ancaq onlar kreditin köçürülməsindən əvvəl S. Çağlardan 1,5 milyon avro sığorta xərci ödəməsini istəyiblər. S. Çağlar İsveçrədəki “Arner Bank”la əlaqə saxlayaraq bu şəxslərin həmin bankın təmsilçiləri olmadığını öyrənib və polisə müraciət etdikdən sonra dəstə üzvləri ilə İstanbuldakı “Ceylan otel”də görüşmək üçün vədələşib. Görüş yerinə gələn Ə. Abdullayev, X. Bağırov və Yovanovski cütlüyü polis tərəfindən yaxalanıb. Barəsində cinayət işi qaldırılan bu şəxslər ayrı-ayrılıqda 26 il müddətinə azadlıq dan məhrum edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR