Bank Of Baku

Marşrutda oğurluq etməkdə təqsirləndirilən şəxs həbs edilib

Marşrutda oğurluq etməkdə təqsirləndirilən şəxs həbs edilib
# 25 noyabr 2008 09:10 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Marşrutda oğurluq etməkdə təqsirləndirilən Əfəndiyev Polad Bülbül oğlu həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə baş verib. Paytaxt ərazisində hərəkət edən, 243 saylı xətt avtobusunda sərnişin, 1983-cü il təvəllüdlü Polad Əfəndiyev digər sənişin 1983-cü il təvəllüdlü Ramin Həsənovun cibindən mobil telefonunu oğurlayarkən Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR