Bank Of Baku

Sərnişini döyərək pulunu əlindən alan taksi sürücüsü həbs edilib

Sərnişini döyərək pulunu əlindən alan taksi sürücüsü həbs edilib
# 25 noyabr 2008 09:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda taksi sürücüsü sərnişini döyərək pulunu və mobil telefonunu əlindən alıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Məlikməmməd Rzayev, 1966-cı il təvəllüdlü Əlixan Ağamuradovun idarə etdiyi “Azsamad” markalı, 90 AD 422 dövlət nömrə nişanlı avtomobilə sərnişin qismində əyləşib və onu M. Abdin küçəsinə aparmağını xahiş edib. Mənzil başına çatar-çatmaz sürücü Ə. Ağamuradov sərnişini döyərək onun 550 ABŞ dolları məbləğində pulunu və mobil telefonunu alaraq hadisə yerindən qaçıb. Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində taksi sürücüsü Ə. Ağamuradov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR