Bank Of Baku

Dağıstanda girov saxlanılan Azərbaycan vətəndaşı azad edilib

Dağıstanda girov saxlanılan Azərbaycan vətəndaşı azad edilib
# 25 noyabr 2008 10:49 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, noyabrın 21-də Bakı şəhər sakini Nisbət Fərhadova Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinə zəng edərək özlərini prokurorluq və milis əməkdaşları kimi təqdim etmiş 5-6 nəfər şəxs tərəfindən Dağıstan Respublikasının Kızılyurt rayonunun Novoçerkey kəndində girov saxlanılmaması və buraxılması müqabilində 200.000 ABŞ dolları tələb edilməsi barədə məlumat verib. DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində hadisənin yeri və digər təfsilatları müəyyənləşdirilərək bu barədə Dağıstan Respublikasında DİN rəhbərliyinə məlumat verilib. Keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində Nisbət Fərhadova girovluqdan azad edilərək Bakı şəhərinə qaytarılıb. Hadisəni törədən şəxslər isə saxlanılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR