Bank Of Baku

Ağstafa və Oğuzda baş verən yol qəzalarında 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Ağstafa və Oğuzda baş verən yol qəzalarında 4 nəfər ölüb, 2 nəfər yaralanıb
# 25 noyabr 2008 11:03 (UTC +04:00)
Bakı-APA. Dünən saat 01.00 radələrində Ağstafa rayonunun Qırılı kəndində Qazax rayon sakini Elnur Mansurov "Nissan" markalı avtomaşını idarə edərkən onu ağaca vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə E. Mansurov və sərnişinləri, həmyerliləri Şahin Bağırov və Fuad Salahov hadisə yerində ölüblər. Ağstafa rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Elə həmin gün saat 18.00 radələrində Oğuz rayonunun Bayan kəndində Xaçmaz kənd sakini Mehman Qazıyevin idarə etdiyi "MTZ-1025" markalı traktorla Xal-Xal kənd sakini Şamil Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşın traktor toqquşub. Nəticədə Ş. Əliyevin sərnişinlərindən Oğuz rayon sakini Aybəniz Sonverdiyeva hadisə yerində ölüb, xəsarət almış Ş. Əliyev və Mehman Hacıyev isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Oğuz rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR