Bank Of Baku

“Əbu Bəkr” məscidinin açılması ilə bağlı iddia üzrə məhkəmə prosesinə sədrlik edən hakim vəfat edib

“Əbu Bəkr” məscidinin açılması ilə bağlı iddia üzrə məhkəmə prosesinə sədrlik edən hakim vəfat edib
# 25 noyabr 2008 11:04 (UTC +04:00)
Bu barədə APA-ya “Nərimanov rayon dindarları” Dini İcmasının sədri Qamət Süleymanov bildirib. İcma rəhbəri bu gün onların qaldırdıqları iddia üzrə keçiriləcək məhkəmə prosesinə hakimlik edən Asif Allahverdiyevin ölüm xəbərini eşitdiklərini deyib.

Nərimanov Rayon Məhkəməsindən APA-ya faktı təsdiqləyiblər. Məhkəmədən bildirilib ki, dünən hakim A. Allahverdiyev işə çıxıb, axşam isə evdə dünyasını dəyişib. Məhkəmədən 60 yaşlı A. Allahverdiyevin uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkdiyini deyiblər.

Onun hakim təyin edildiyi proseslər, o cümlədən “Əbu Bəkr” məscidinin açılması iddiası üzrə bu gün keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR