Bank Of Baku

Quldurluqda təqsirləndirilən Ağdaş sakini həbs edilib

Quldurluqda təqsirləndirilən Ağdaş sakini həbs edilib
# 25 noyabr 2008 13:26 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Ağdaş rayon sakini, əvvəllər iki dəfə məhkum olunmuş 1975-ci il təvəllüdlü Əhmədov Rövşən İsmayıl oğlu quldurluqda təqsirləndirilərək həbs edilib. APA-nın yerli bürosunun xəbərinə görə, saxlanılan şəxs Ağdaş rayonunun Abad kənd sakini 1991-ci il təvəllüdlü Şıxməmmədov Ramin Zahir oğluna bıçaqla basqın edərək hədə-qorxu yolu ilə onun "Nokia 6233" markalı mobil telefonunu və 240 manat pulunu mənimsəməkdə və bu barədə polisə məlumat verəcəyi təqdirdə onu ölümlə hədələməkdə təqsirləndirilir. Zərərçəkənin Polis Şöbəsinə ərizə ilə müraciəti əsasında dərhal əməliyyat qrupu yaradılıb və noyabrın 24-də gecə Ləki qəsəbə sakini R. Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bildirilib ki, qarətçinin əldə etdiyi telefonu həmkəndlisinə satmaq istəyi onun cinayət əməlinin üstünu açıb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.5 (quldurluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd olunub ki, saxlanılan şəxs əvvəllər Rusiyada öz həmyerlisini öldürdüyünə görə 11 il həbsdə olub, daha sonra isə Azərbaycanda oğurluq etməkdə təqsirləndirilərək məhkum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR