Bank Of Baku

Azərbaycan zəvvarlarını Həcc ziyarətinə aparan avtobus qəzaya uğrayıb

Azərbaycan zəvvarlarını Həcc ziyarətinə aparan avtobus qəzaya uğrayıb
# 25 noyabr 2008 14:49 (UTC +04:00)
Bu barədə APA-ya Həcc ziyarətinə gedən zəvvarlar bildiriblər. Zəvvarların sözlərinə görə, hadisə Gürcüstanın Kutaisi rayonu ərazisində baş verib. Zaqataladan olan zəvvarlara rəhbərlik edən İbrahim Əfəndinin qrupunu aparan avtobusun qəzaya uğraması nəticəsində zəvvarlardan birinin ayağı sınıb. Həmin zəvvarın ziyarəti davam etdirməsinə icazə verilməyib və o, geri qaytarılıb. Yoluna davam edən zəvvarlar bu gün Suriya ərazisinə daxil olublar.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev APA-ya faktı təsdiqləsə də, zəvvarın kimliyi barədə məlumat verməyib.

Qeyd edək ki, azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparacaq sonuncu təyyarə bu gün yola salınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR