Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi ABŞ-a tanışlıq səfərinə gedəcək

QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi ABŞ-a tanışlıq səfərinə  gedəcək
# 25 noyabr 2008 15:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Noyabrın 27-dən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası rəhbərliyinin ABŞ-ın Sietl şəhərinə 10 günlük tanışlıq səfəri olacaq. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ İnkişaf Agentliyinin Counterpart İnternational beynəlxalq təşkilatı tərəfindən təşkil olunan səfərin məqsədi ABŞ-da dövlət strukturları ilə QHT-lərin fəaliyyətini əlaqələndirən, ölkənin ictimai sektoruna dövlət dəstəyinin müxtəlif formalarını həyata keçirən analoji qurumun fəaliyyəti ilə tanışlıqdır. Şura sədri Azay Quliyev, şuranın sədr müavini Tahir Süleymanov və şura katibliyinin icraçı direktoru Fərasət Qurbanovdan ibarət nümayəndə heyəti səfər çərçivəsində ABŞ hökumətinin ictimai sektorla bağlı siyasəti, qrant ayırma üzrə strateji planlaşdırması, layihə təkliflərinin təqdim edilməsi üçün sənədlərin tərtibi və s. üzrə fəaliyyəti ilə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR