Bank Of Baku

Zibilxanada naməlum kişi meyiti tapılıb

Zibilxanada naməlum kişi meyiti tapılıb
# 25 noyabr 2008 16:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakının Nizami rayonu ərazisindəki zibilxanada naməlum kişi meyiti tapılıb. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında rayonun Elşən Süleymanov-137 ünvanındakı zibilxanada 40-45 yaşlarında naməlum kişi meyiti aşkarlanıb. Meyitə ilkin baxış keçirilib və onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Tapılmış cəsəd müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR