Bank Of Baku

Polis Azərbaycan paytaxtındakı gecə barlarında reyd keçirib, 20 nəfər saxlanılıb

Polis Azərbaycan paytaxtındakı gecə barlarında reyd keçirib, 20 nəfər saxlanılıb
# 26 noyabr 2008 08:20 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Milli mənəvi dəyərlərin qorunması” devizi altında həyata keçirilən əməliyyat zamanı paytaxtın Nəsimi rayonu, 28 May küçəsində yerləşən “Black House”, Azadlıq prospektində yerləşən “Maxsimum”, Mərdanov Qardaşları küçəsində fəaliyyət göstərən “555”, Ş. Bədəlbəyli küçəsindəki “Neptun”, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən “”Siyah Bəyaz”, E. Süleymanov küçəsində yerləşən “Qaya”, Səbayel rayonu, Xəqani küçəsində fəaliyyət göstərən “İmperator”, Nərimanov rayonu A. Nemətulla küçəsində yerləşən “Eko” və “Atlant” gecə barlarında keçirilən reyd zamanı əxlaqsızlıqla məşğul olan 20 qadın saxlanılaraq idarəyə gətirilib.

Onlar idarədə ilkin dindirilmə zamanı gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıqla məşğul olduqlarını bildiriblər. Saxlanılan qadınlar arasında ötən reydlər zamanı saxlanılan şəxslər də olub. Saxlanılanlar tibbi müayinədən keçirildikdən sonra qanuna uyğun olaraq 40 manat cərimələnərək sərbəst buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR