Bank Of Baku

BQXK nümayəndələri Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri Rafiq Həsənovla görüşüblər

BQXK nümayəndələri Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri Rafiq Həsənovla görüşüblər
# 26 noyabr 2008 08:48 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu il oktyabrın 8-də Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənovla görüşüblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyindən bildirilib. Məlumata görə, noyabrın 21-də baş tutan görüş zamanı Rafiq Həsənovun səhhəti, saxlanma şəraiti ilə bağlı monitorinq aparılıb, valideynlərinin yazdığı məktub əsirə çatdırılıb. R. Həsənov isə ailə üzvlərinə cavab məktubu yazmayıb. Buna səbəb kimi R. Həsənovla görüşdə Azərbaycan dilini bilən BQXK nümayəndəsinin iştirak etmədiyi göstərilib. Bildirilib ki, tez bir zamanda BQXK-nin Azərbaycan dilini bilən nümayəndəsinin R. Həsənovla görüşü gözlənilir. Görüş barədə bu gün əsirin ailəsinə də məlumat verilib.

Qeyd edək ki, R. Həsənovun Azərbaycan dilində yazıb-oxuya bilmədiyi, onun ailəsinə yazdığı ilk məktubun BQXK nümayəndəsi tərəfindən yazıldığı barədə məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR