Bank Of Baku

Azərbaycan paytaxtında ana və oğul xüsusi amansızlıqla qətlə yetirilib

Azərbaycan paytaxtında ana və oğul xüsusi amansızlıqla qətlə yetirilib
# 26 noyabr 2008 08:58 (UTC +04:00)
Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ana və oğul xüsusi amansızlıqla qətlə yetiriliblər. Qətl hadisəsi rayonun Hövsan qəsəbəsi, 38 b ünvanında baş verib. Həmin ünvanda yaşayan 1969 təvəllüdlü Nərminə Böyükağa qızı Quliyeva və onun oğlu, 1992-ci il təvəllüdü Elnur Elmir oğlu Quluzadə naməlum şəraitdə bıçaqlanaraq qətlə yetiriliblər. Mərhumun qohumları onların meyitini aşkar edəndən sonra hadisə barədə dərhal rayon hüquq mühafizə orqanlarına xəbər veriblər.

Hadisə yerinə gələn rayon prokurorluğunun istintaq qrupu ananın üzərində 20-i, 16 yaşlı Elnurun üzərində isə 10 bıçaq yarası müəyyən ediblər. Hazırda Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qətli törədənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR