Bank Of Baku

Azərbaycan Ordusunun zabiti yol qəzasında ölüb

Azərbaycan Ordusunun zabiti yol qəzasında ölüb
# 26 noyabr 2008 10:28 (UTC +04:00)
Bakı-APA. Mingəçevir şəhərində baş verən yol qəzasında Azərbaycan Ordusunun zabiti ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, dünən saat 16.30 radələrində Mingəçevir şəhərindəki H. Hüseynov küçəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabiti Anar Əsədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu "Flaminqo" kafesinin divarına vurub. Nəticədə A. Əsədovun sərnişinlərindən "N" saylı hərbi hissənin zabiti Qamət Mürsəlov hadisə yerində dünyasını dəyişib, xəsarət alan A. Əsədov, Xaçmaz rayon sakinləri Araz Eyvazov və Ələkbər Quliyev isə xəstəxanaya yerləşdiriliblər. Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR