Bank Of Baku

Əlində qumbara partlayan cərrah bir gözünü və sağ əlini itirib

Əlində qumbara partlayan cərrah bir gözünü və sağ əlini itirib
# 26 noyabr 2008 11:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Ötən gün əlində qumbara partlayan cərrahın bir gözü görməyəcək. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, hazırda cərrah Rəvayət Mütəllimov və tibb bacısı Reyhan Piriquliyevanın səhhəti stabildir. Məkəzdən bildirilib ki, ötən gün onların üzərində cərrahiyyə əməliyyatı aparılıb. R. Mütəllimovun sağ əli biləkdən kəsilib və hər iki yaralının bədənindən xeyli miqdarda qəlpə çıxarılıb. Xəstəxanadan, bildirilib ki, R. Mütəllimovun gözlərində də ciddi problemlər var, xəstənin sağ gözü görmə qabiliyyətini itirib. Müalicə davam etdirilir.

Qeyd edək ki, ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada partlayış baş verib. Xəstəxananın cərrahı Rəvayət Qüdrət oğlu Mütəllimovun əlində qumbara partlayıb. Nəticədə həkim və otaqda olan tibb bacısı Reyhan Pirquliyeva ağır xəsarət alıblar.

Qaradağ rayon prokuroru Tariyel Qurbanov APA-ya açıqlamasında hazırda istintaq qrupu tərəfindən hadisənin baş vermə səbəblərinin araşdırıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR