Bank Of Baku

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin iclası keçirilib

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin iclası keçirilib
# 26 noyabr 2008 12:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu tərəfindən dəstəklənən “Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə proqram və intitusional dəstək layihəsi”nin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Şəbəkənin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, 9 dekabr Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü ilə əlaqədar Şəbəkənin üzvü olan Müasir Тəhsil və Тədrisə Yardım Mərkəzi universitetlərdə və orta məktəblərdə “Gənclər korrupsiyaya yox deyir!” şüarı altında tədbirlərin keçirilməsi üçün hazırlıqlara başlayıb.
Toplantıda şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportlarının verilməsi ilə bağlı monitorinq aparılması məsələləri də müzakirə olunub. Qeyd olunub ki, artıq dekabr ayından etibarən monitorinqə start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR