Bank Of Baku

Surqutda saxta dollar əsginasları ilə avtomobil almaq istəyən iki Azərbaycan vətəndaşı həbs olunub

Surqutda saxta dollar əsginasları ilə avtomobil almaq istəyən iki Azərbaycan vətəndaşı həbs olunub
# 26 noyabr 2008 12:53 (UTC +04:00)
Surqut – APA. Rusiyanın Surqut şəhərində iki Azərbaycan vətəndaşından külli miqdarda saxta ABŞ dolları götürülüb. APA-nın “SurqutİnformTV”-yə istinadən verdiyi məlumata görə, bu, Surqutda aşkarlanmış ən böyük saxta əsginas partiyasıdır. Müstəntiqlər bildirib ki, saxlanılan şəxslər “Toyota-Korolla” avtomobili alarkən 375 ədəd saxta 100 dollar veriblər. Milis əməkdaşının satıcı qismində pulu almasından sonra həmin şəxslər saxlanılıb. Saxlanılanların Surquta Türkmənistandan gəldiyi, onlardan ikisinin Azərbaycan, birinin isə Gürcüstan vətəndaşı olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxsləri 12 ilədək həbs cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR