Bank Of Baku

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda heroin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda heroin keçirilməsinin qarşısı alınıb
# 26 noyabr 2008 12:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda heroinin keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından Bakı şəhərinə yük gətirən İran vətəndaşı Ramin Cabbarnejad Mikayıl oğlunun idarə etdiyi “İveco” markalı, THR-695123 dövlət nömrə nişanlı yük maşınına baxış keçirilib. Keçirilən baxış zamanı avtomaşının arxa hissəsində, ehtiyat təkərin içərisindən 10 ədəd bağlamada ümumi çəkisi 9 kiloqram 975 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Toplanmış materiallara əsasən DGK-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz əldə olunması, saxlanması və daşınması) maddələri ilə cinayət işi başlanılıb. R. Cabbarnejad isə şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR