Bank Of Baku

Balıqçılıq Texnikumunun tələbələrinə qarşı soyğunçuluq edən şəxs həbs edilib

Balıqçılıq Texnikumunun tələbələrinə qarşı soyğunçuluq edən şəxs həbs edilib
# 26 noyabr 2008 13:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Balıqçılıq Texnikumunun tələbələrinə qarşı soyğunçuluq edən Salyan rayon sakini həbs edilib. Nərimanov rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, bu gecə rayon ərazisində soyğunçuluq hadisəsi baş verib. Bakı şəhər sakinləri, Balıqçılıq Texnikomunun tələbələri, 1991-ci il təvəllüdlü Rafiq Amanaov və 1991-ci il təvəllüdlü Rüfət Məmmədov naməlum şəxsin basqısına məruz qalıb. Naməlum şəxs hədə-qorxu yolu ilə tələbələrin xeyli miqdarda pulunu alaraq hadisə yerindən qaçıb. RPİ-nin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Amil Dünyamalıyev saxlanılıb. O, ilkin dindirilmə zamanı soyğunçuluğu tamah məqsədi ilə törətdiyini etiraf edib. Faktla bağlı Nərimanov RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR