Bank Of Baku

Həmkəndlilərinə qarşı özbaşınalıq etməkdə təqsirləndirilən Nardaran sakini həbs edilib

Həmkəndlilərinə qarşı özbaşınalıq etməkdə təqsirləndirilən Nardaran sakini həbs edilib
# 29 dekabr 2008 15:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Həmkəndlilərinə qarşı özbaşınalıq etməkdə təqsirləndirilən Nardaran sakini həbs edilib. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, 1963-cü il təvəllüdlü Fəxrəddin Əliyev həmkəndlilərinə qarşı özbaşınalıq edərək onların mülkiyyətində olan torpaq sahələrinə sahib çıxmaq iddiasına düşüb. Onun başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrində tikinti işləri apardığı məlum olub. Polis Bölməsinə daxil olan şikayətlər əsasında aparılan əməliyyat tədbirləri nəticəsində F. Əliyev tutularaq məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 322-ci (özbaşınalıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR