Bank Of Baku

Yaşar Əliyev: “Polis paytaxtdakı şadlıq evləri, restoranlar, ictimai obyektlər və metro stansiyalarını xüsusi nəzarətə götürəcək”

Yaşar Əliyev: “Polis paytaxtdakı şadlıq evləri, restoranlar, ictimai obyektlər və metro stansiyalarını xüsusi nəzarətə götürəcək”
# 30 dekabr 2008 08:28 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev deyib. Y. Əliyevin sözlərinə görə, Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar bu gündən paytaxt polisi də gücləndirilmiş iş rejiminə keçib.

Bayram günlərində paytaxtda fəaliyyət göstərən şadlıq evləri, restoranlar, ictimai obyektlər və metro stansiyaları polis tərəfindən xüsusi nəzarətə götürüləcəyini qeyd edən rəis müavini bundan başqa, paytaxtın böyük prospektləri və magistral yollarında da Dövlət Yol Polisinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyini bildirib.

Y. Əliyev təhlükəsizlik tədbirlərinin yanvar ayının 3-dək davam etdiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR