Bank Of Baku

Azərbaycanın Oğuz rayonunda 6 uşaq atası özünü öldürüb

Azərbaycanın Oğuz rayonunda 6 uşaq atası özünü öldürüb
# 30 dekabr 2008 08:46 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov-APA. Azərbaycanın Oğuz rayonunda 6 uşaq atası intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz rayon Prokurorluğundan məlumat verilib. 1960-cı il təvəllüdlü, 6 övlad atası, rayonun Xaçmaz-Qışlaq kənd sakini Məhərrəmov Nurbala Nurqələm oğlu özünü həyətlərindəki ağacdan asıb. N. Məhərrəmovun Xaçmaz-Qışlaq kənd orta məktəbində təsərrüfat işləri müdiri işlədiyi bildirilib. İlkin araşdırma zamanı N. Məhərəmovun psixi durumunun normal olduğu, heç bir xəstəlikdən əziyyət çəkmədiyi müəyyənləşib. Mərhumun maddi durumunun çətin olması səbəbindən intihar etdiyi ehtimal edilir.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR