Bank Of Baku

“Ekstazi işi”ndə təqsirləndirilən Yalçın Həsənov müğənnilər Röya, Zamiq Hüseynov və Tunarla bağlı açıqlama yayıb

“Ekstazi işi”ndə təqsirləndirilən Yalçın Həsənov müğənnilər Röya, Zamiq  Hüseynov və Tunarla bağlı açıqlama yayıb
# 30 dekabr 2008 10:12 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Yalçın Həsənov tərəfindən məhkəməyə müraciət daxil olduğu qeyd olunub. Hakim deyib ki, müraciətdə KİV-də cinayət bu işlə bağlı həqiqətə uyğun olmayan yazıların dərc olunduğu bildirilib: “Vəziyyətin belə davam edərsə, onlar prosesin qapalı keçirilməsi xahişi ilə çıxış edəcəklər”.
Hakim müraciətə zəruri hal yaranarsa, baxacaqlarını söyləyib. İclasda şahid qismində ifadə verəcək 2 şəxsin prosesə gəlmədiyini bildirən hakim həmçinin bildirib ki, Mahir Mirsalamovun vəkili Nərminə Məmmədova yaxının vəfat etməsi ilə bağlı məhkəməyə teleqram göndərib və xahiş edib ki, proses onun iştirakı olmadan davam etdirilməsin.
Prosesdə habelə, təqsirləndirilən Yalçın Həsənovun imzası ilə mətbuat nümayəndələrinə müraciət də təqdim olunub. Müraciətdə müğənni Röya, Zamiq Hüseynov və Tunarla bağlı bəzi məsələlər yer alıb. Müraciətdə bildirilib ki, Röyanın qayınanasının onlarla əlaqə saxlayaraq, bu işdə Röyanın da adının hallandırılması haqda deyilənlər həqiqətə uyğun deyil, çünki həm Röya, həm də həyat yoldaşı Anar Cəlilov onun dostudur: “O ki qaldı Tunara, onunla 1997-ci ildən dostluq etmişəm. Ancaq həbs olunandan sonra qaçıb gizlənib. Elə bil məni tanımır. 24 saat yanımdan çəkilməyən Tunar həbsdə olduğum 8 ayda bir dəfə də olsun yanıma gəlməyib. Zamiq Hüseynov isə telefonum bağlı olanda avtomobili ilə şəhərə çıxmırdı ki, birdən yol polisi saxlayar və maşını əlindən alar. Çünki sürücülük sənədi olmadan maşın sürür. İndi Zamiq üçbucaq saqqal buraxaraq, cırıq şalvar geyinərək ulduz olub? Bəs kişilik harada qaldı?”.
Müraciətdə Y. Həsənov həbsdən çıxandan sonra bu məsələlərə aydınlıq gətirəcəyini də qeyd edib: “Ən əsası odur ki, belə adamlar həbsxanaya düşməyiblər. Çünki həbsxana dostluğun və kişiliyin nə olduğunu bilənlər üçündür”.
Məhkəmə prosesi 2009-cu il yanvarın 8-dək təxirə salınıb.
Qeyd edək ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR