Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı barəsində dələduzluq faktı ilə cinayət işi başlanıb

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı barəsində dələduzluq faktı ilə cinayət işi başlanıb
# 30 dekabr 2008 10:51 (UTC +04:00)
Bakı-APA. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayon şöbəsində məsləhətçi mühasib işləyən Səfər Həziyev barəsində dələduzluq faktı ilə cinayət işi başlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, DSMF-nin Xətai rayon şöbəsində qeydiyyatda olmuş, Neapol küçəsində yaşamış Sadiq Səfərov 16 iyun 2005-ci il tarixdə vəfat etməsinə baxmayaraq, DSMF-nin Xətai rayon şöbəsində təqaüdçülər siyahısından çıxarılmayıb və onun adına olan Beynəlxalq Bankın plastik kartına 2005-ci ilin iyun ayından cari ilin dekabr ayına qədər 5202 manat 58 qəpik pul köçürülüb, həmin vəsaitin 2012 manatı cari ilin oktyabrın 28-nə qədər qüvvədə olmuş plastik kartla çıxarılıb. Bu il oktyabrın 28-də DSMF-nin Xətai şöbəsi tərəfindən S. Səfərovun adına yeni kart alınaraq cari ilin noyabr ayının 5-də, bankomatdan əlavə olaraq 1800 manat pul vəsaiti dələduzluq yolu ilə çıxarılıb.
Plastik kart və onun pinkodu 10 may 1967-ci ildə Ağdam rayonunun Göytəpə kəndində anadan olan, Bakı şəhəri Xətai rayonunda yaşayan, DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi mühasib işləyən Səfər Həziyevdən götürülüb.
Faktla əlaqədar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR