Bank Of Baku

Qətl törədən əsgər 8 il azadlıqdan məhrum edilib

Qətl törədən əsgər 8 il azadlıqdan məhrum edilib
# 30 dekabr 2008 11:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Bayıl qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Zamin Didarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son sözünü söyləyib. O, özünü günahsız hesab etdiyini deyib. Məhkəmənin qərarı ilə Z. Didarov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Salyan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılan Zamin Didarov 2008-ci ilin sentyabrında aralarında yaranan münaqişə zəminində əsgər Ağakərim Əliqulu oğlu Kərimovu bıçaqlayıb. Neftçala rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış A. Kərimov aldığı xəsarətdən dünyasını dəyişib. Törətdiyi cinayətə görə Z. Didarov barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR