Bank Of Baku

Gəncədə 52 yaşlı qadını qətlə yetirən şəxslər həbs olunub

Gəncədə 52 yaşlı qadını qətlə yetirən şəxslər həbs olunub
# 30 dekabr 2008 11:50 (UTC +04:00)
Gəncə-APA. Gəncə şəhər prokurorluğu ötən ay baş vermiş xüsusilə ağır cinayətin açılması, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində uğurlu istintaq-əməliyyat tədbirləri həyata keçirib. Gəncə şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, noyabrın 18-də Gəncə Humanitar kollecinin yataqxanası yaxınlığında, “Xan arxı” adlanan su kanalından şəxsiyyəti məlum olmayan qadın meyiti aşkarlanıb. Fakt üzrə aparılan ilkin araşdırma zamanı meyitin 1956-cı il təvəllüdlü, Gəncə şəhər sakini Cavadova Qənirə Mövsüm qızının olduğu müəyyən edilib. Aparılmış istintaqla müəyyən edilib ki, 1980-ci il təvəllüdlü, Gəncə şəhər sakini Əliyeva Gülgəz Mansur qızı avqustda Cavadova Qənirə Mövsüm qızından borc aldığı 600 ABŞ dolları məbləğində pulu sonuncunun dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq qaytarmayıb. O, borcu verməkdən yaxa qurtarmaq məqsədi ilə qardaşı - 1987-ci il təvəllüdlü, Gəncə şəhər sakini Əliyev Adil Mansur oğluna Qənirəni birlikdə öldürməyi təklif edib. Adil həmin təkliflə razılaşdıqdan sonra Gülgəz borcunu qaytarmaq adı ilə Qənirəni atasına məxsus evə dəvət edib. Həmin gün saat 16.00 radələrində Qənirə qeyd edilən ünvana gəlib və Adil Əliyev bacısı ilə birlikdə qadını boğaraq qətlə yetiriblər. Qətlə yetirilən qadının mobil telefonunu, qızıldan hazırlanmış bir cüt sırğa və 3 üzüyünü, həmçinin yaşadığı mənzilin açarlarını götürən cinayətkarlar cinayətin izlərini itirmək məqsədi ilə Qənirənin meyitini “Xan arxı” adlanan su kanalına atıblar. Adil Əliyev və Gülgəz Əliyeva cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb və dekabrın 28-də Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR