Bank Of Baku

Azərbaycanın Beyləqan şəhərindəki bazarda bir nəfər güllələnib - YENİLƏNİB-2

Azərbaycanın Beyləqan şəhərindəki bazarda bir nəfər güllələnib - <font color=red>YENİLƏNİB-2</font>
# 30 dekabr 2008 15:17 (UTC +04:00)
APA-nın xəbərinə görə, qətl hadisəsi bu gün saat 14.00 radələrində Beyləqan şəhərindəki mərkəzi bazarda olub.
Beyləqan rayon Polis Şöbəsinin cinayət-axtarış şöbəsinin rəisi Nuru Məmmədovun APA-ya verdiyi məlumata görə, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Füzuli rayon sakini Məmmədov Rəşad Süleyman oğlu 1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Şirinov Kamal Telman oğlunu “Makarov” tipli tapança ilə güllələyib. Onun sözlərinə görə, R. Məmmədov K. Şirinova 5 güllə vurub.. K. Şirinov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. R. Məmmədov isə hadisə yerindən bir qədər kənarda polislər tərəfindən tutulub.
N. Məmmədov ilkin versiyaya görə hadisənin ailə-məişət zəmində baş verdiyini deyib.
Şöbə rəisi deyib ki, saxlanılan şəxs ilkin dindirmə zamanı həyat yoldaşının əslən Beyləqan rayonundan olduğunu, bir qədər əvvəl atası evinə getdiyini deyib. Onun sözlərinə görə, R. Məmmədov qayınatasının ona zəng etdiyini, həyat yoldaşının övladlarını evdə qoyub, yoxa çıxması barədə məlumat verdiyini, daha sonra isə Beyləqana gedib qətli törətdiyini açıqlayıb.
Beyləqan rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb. Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR