Bank Of Baku

Ağdamdan olan məcburi köçkün elektrik cərəyanı vurması nəticəsində ölüb

Ağdamdan olan məcburi köçkün elektrik cərəyanı vurması nəticəsində ölüb
# 30 dekabr 2008 15:22 (UTC +04:00)
Beyləqan. Teymur Zahidoğlu-APA. Bu gün Beyləqan rayonunda yaşayan Ağdam rayonundan olan məcburi köçkün elektrik cərəyanı vurması nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonda “Köhnə aeroport” deyilən ərazidə aparılan tikintidə baş verib. Orada fəhlə işləyən Ağdam rayon Sarıcalı kəndindən olan məcburi köçkün, 1986-cı il təvəllüdlü Hətəmov Mütalib Seymur oğlunun əlində apardığı armatur yüksək gərginlikli elektrik naqilinə toxunub. Nəticədə S. Hətəmov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR