Bank Of Baku

İrandan Azərbaycana külli miqdarda psixotrop maddə gətirməkdə təqsirləndirilən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub

İrandan Azərbaycana külli miqdarda psixotrop maddə gətirməkdə təqsirləndirilən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub
# 30 dekabr 2008 15:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan qanunsuz olaraq külli miqdarda psixotrop maddə gətirməkdə təqsirləndirilən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub. APA-nın məlumatına görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə Şakir Nəcəfov, Ruslan Məmmədov və Qasım Qaraşabani 11 il, Şəhram Moradi isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, təqsirləndirilən şəxs Nəcəfov Şakir Şükür oğlu, qohumu Məmmədov Rasim İsmayıl oğlu və tanışları İran vətəndaşları Moradi Şəhram Xudaverdi oğlu, Qaraşabani Qasım Teymur oğlu və Abbas Məlikşahla birgə mütəşəkkil dəstə təşkil edərək, adıçəkilən ölkədən külli miqdarda - 44 adda psixotrop maddəni “Volvo” markalı THR 65543 dövlət qeydiyyat nişanlı avtobusla Azərbaycanın Astara Gömrük sərhədindən gizli keçirərək satış məqsədi ilə qanunsuz olaraq daşıyıblar. Onlar psixotrop maddələri Bakıya gətiriblər. Ancaq həmin maddələr R. Məmmədovun yaşadığı evdə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.
Bundan sonra, Ş. Nəcəfov, R. Məmmədov, Ş. Moradi, Q. Qaraşabani və A. Məlikşah İrandan əldə etdikləri külli miqdarda psixotrop maddə olan 150 ampula Hupnozol-5 və Midazolam 002 maddəsini 2007-ci il oktyabrın 2-də Azərbaycana gizli keçirərək Bakıya gətirdikdən sonra oktyabrın 3-də MTN əməkdaşları tərəfindən saxlanılıblar.
Qeyd edək ki, dəstə üzvləri Azərbaycan Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.2 (təkrar törədildikdə), 234.4.3 (külli miqdarda törədildikdə) maddələri ilə təqsirli biliniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR