Bank Of Baku

Yeni il gecəsi Gəncədə 4 yanğın olub

Yeni il gecəsi Gəncədə 4 yanğın olub
# 01 yanvar 2009 15:48 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Gəncədə 31 dekabr 2008-ci ildən 2009-cu il 1 yanvara keçən gecə 5 yanğın hadisəsi qeydə alınıb. Gəncə şəhəri Yanğından Mühafizə Xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, ilk yanğın Xətai prospekti, ev 24-də elektrik şitində qısaqapanmadan baş verib. Daha sonra Nizami küçəsi, 5 ünvanda yerləşən mənzilin həyətində odun bağlamasına od düşüb. H. Əliyev prospektində sakinlərin yolun kənarında yandırdıqları təkərdən qonşuluqda yerləşən mağaza və yaşayış evlərinə alovun keçməsi ehtimalı olsa da, qarşısı alınıb. Nəzakət Məmmədova küçəsi, 4 ünvanında isə 1 otaq yanıb.

Sonuncu yanğın hadisəsi Puşkin küçəsi, ev 85-də baş verib. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Güclü yanğın nəticəsində 43 yaşlı Hafiz Novruz oğlu İmamverdiyevə məxsus 150 kv/m-lik mənzilin 30 kv/m-i tamamilə yanaraq külə dönüb. Səhər saat 09.30-da başlayan yanğını saat 12.00 söndürmək mümkün olub. Tavandan başlayan yanğının sobanın düzgün quraşdırılmaması səbəbindən baş verdiyi ehtimal edilir.

Yanğın hadisələrində xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR