Bank Of Baku

Kürdəmir ərazisində baş verən dəhşətli yol qəzasında 4 nəfər ölüb, 3 nəfər yaralanıb

Kürdəmir ərazisində baş verən dəhşətli yol qəzasında 4 nəfər ölüb, 3 nəfər yaralanıb
# 02 yanvar 2009 10:58 (UTC +04:00)
Bakı şəhəri Əzizbəyov rayonunun Binə sovxozunun sakini Abdullayev İmdad Mövsüm oğlunun idarə etdiyi 90 BE 231 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilin Ucar rayonu Alpout kənd sakini Xəlilov Seyfəddin İsaməddin oğlunun idarə etdiyi 10 YU 758 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölənlər “VAZ-2106” markalı avtomobilin sürücüsü S. Xəlilov, avtomobildə olan sərnişinlər Ucar rayon Alpout kənd sakini Xəlilov Həsrətqulu Seyfəddin oğlu, Ucar rayon Boyat kənd sakini Əliyev Şamil Əliqismət oğlu və Bakı şəhəri Nəsimi rayon sakini Zeynalov Camal Rauf oğludur.

“Hyundai” avtomobilinin sürücüsü İ. Abdullayev və avtomobildə olan iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR