Bank Of Baku

Azərbaycan paytaxtında 21 yaşlı gənc qeyri-rəsmi nikah münasibətlərində olduğu qadının boğazını kəsib

Azərbaycan paytaxtında 21 yaşlı gənc qeyri-rəsmi nikah münasibətlərində olduğu qadının boğazını kəsib
# 03 yanvar 2009 09:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında 21 yaşlı gənc qeyri-rəsmi nikah münasibətlərində olduğu qadının boğazını bıçaqla kəsib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Daş karxanası küçəsində baş verib. Adıçəkilən ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Xaliq Mehrab oğlu Əhmədov bıçaqla qanunsuz nikahda yaşadığı, 1978-ci il təvəllüdlü Afət Muradovanın boğaz nahiyəsindən xəsarət yetirib. Yaralı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən X. Əhmədov isə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR