Bank Of Baku

Bakı metrosunda soyğunçuluq baş verib

Bakı metrosunda soyğunçuluq baş verib
# 03 yanvar 2009 10:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı metrosunda soyğunçuluq hadisəsi qeydə alınıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, hadisə Bakı Metropoliteninin N. Nərimanov stansiyasında baş verib. Bakı şəhər sakini, 1989-ci il təvəllüdlü Leyla Rəhimova naməlum şəxsin basqınına məruz qalıb. Naməlum şəxs 19 yaşlı qızın içərisində pul olan əl çantasını alaraq hadisə yerindən qaçıb. BŞBPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs, 1987-ci il təvəllüdlü Samir Rzayev tutulub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR