Bank Of Baku

Bakıda sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində bir nəfər ölüb

Bakıda sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində bir nəfər ölüb
# 03 yanvar 2009 10:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda avtobusla minik maşını toqquşub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən hadisə Zabrat-Maştağa yolunda baş verib. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Əflatun Əliyevin idarə etdiyi “Daewoo” markalı, 10 TE 395 dövlət nömrə nişanlı sərnişin avtobusu əks istiqamətdə hərəkət edən, Valeri Mustafayevin idarə etdiyi “VAZ-2104” markalı, 42 BK 651 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Qəza nəticəsində “VAZ-2104”ün sürücü V. Mustafayev aldığı bədən xəsarətindən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR