Bank Of Baku

Azərbaycan paytaxtında bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb

Azərbaycan paytaxtında bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb
# 03 yanvar 2009 10:57 (UTC +04:00)
Biləcəri dəmir yolu vağzalında gözətçi işləyən Hidayət Ağabala oğlu Balayev bu gün səhər saat 11.00 radələrində gecə növbəsindən qayıdarkən evdə ailə üzvlərinin cəsədini aşkarlayıb. O, dərhal polisə xəbər verib.

Ölənlər ev sahibinin həyat yoldaşı, 1956-cı il təvəllüdlü Aybəniz Manaf qızı Balayeva, qızı, 1985-ci il təvəllüdlü Vüsalə Hidayət qızı Balayeva, oğlu, 1987-ci il təvəllüdlü Vüsal Hidayət oğlu Balayev və gəlini, 1985-ci il təvəllüdlü Razilə Nizami qızı Quliyevadır.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu araşdırma aparır. İlkin ehtimallara görə, faciə İran istehsalı olan sobadan dəm qazının sızması nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR