Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib

Azərbaycanın Sumqayıt şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib
# 03 yanvar 2009 11:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanın Sumqayıt şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 42-ci məhəlləsində, Niyazi Yunis oğlu Hüseynova məxsus evdə baş verib. 1969-cu il təvəllüdlü Niyazi Hüseynov, onun övladları- 1978-ci il təvəllüdlü Nazilə Hüseynova, 2000-ci il təvəllüdlü Sevinc Niyazi qızı Hüseynova, 2002-ci il təvəllüdlü Ramazan Niyazi oğlu Hüseynov və yaxın qohumu, 1955-ci il təvəllüdlü Gülnaz Əbdüləzimova dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların vəziyyətinin normal olduğu bildirilir. Sumqayıt şəhər Prokurorluğu tərəfindən ailə üzvlərinin hansı şəraitdə zəhərlənmələrinin səbəbləri araşdırılır.

Qeyd edək ki, bu günlərdə Sumqayıtda daha bir nəfər dəm qazından boğularaq ölüb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 1962-ci il təvəllüdlü Ayna Əsgər qızı Quliyeva yaşadığı evin hamamında dəm qazından boğularaq keçinib. Hər iki fakt üzrə Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR