Bank Of Baku

Göyçayda ev yanıb

Göyçayda ev yanıb
# 04 yanvar 2009 16:02 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçayda yanğın olub. Göyçay rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Mallı-Şıxlı kənd sakini, 1941-ci il təvəllüdlü Kübra Abışovaya məxsus fərdi yaşayış evində baş verib. Hadisə zamanı ümumi ərazisi 100 kvadratmetr olan 2 otaq, bir mətbəx və bir eyvan, eləcə də dam örtüyü tamamilə yanıb. Ev sakinləri çətinliklə xilas ola biliblər. Evdəki əşyalar tam yanaraq yararsız hala düşüb. Yanğından Mühafizə Xidmətinə vaxtında xəbər verilmədiyindən hadisə yerinə də gec gələn yanğınsöndürmə briqadası güclü alovun qarşısını çətinliklə ala bilib. Evin yalnız bir otağı yanğından mühafizə olunub.

İlkin ehtimallara görə, hadisəyə qaz sobasının tüstü borusu ilə evin tavan hissəsinin birləşdiyi yerdə nasazlığın baş verməsi səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR