Bank Of Baku

BQXK: “Rafiq Həsənovun ailəsinə yeni məktub yazması ilə bağlı məlumatlar yanlışdır”

BQXK: “Rafiq Həsənovun ailəsinə yeni məktub yazması ilə bağlı məlumatlar yanlışdır”
# 05 yanvar 2009 10:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Oktyabrın 8-də erməni hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülən Azərbaycan ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənovun yenidən ailəsinə məktub yazması ilə bağlı məlumatlar yanlışdır”.
Bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, yaxın günlərdə BQXK nümayəndələri tərəfindən əsirə baş çəkilməyib. G. Quliyeva bildirib ki, sonuncu dəfə R. Həsənova dekabrın 12-də baş çəkilib. R. Həsənov ailəsinə sonuncu məktubu isə dekabrın 10-da yazıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu Qazax rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR