Bank Of Baku

Qusar sakininin meyiti yarğandan tapılıb

Qusar sakininin meyiti yarğandan tapılıb
# 05 yanvar 2009 11:59 (UTC +04:00)
Qusar. Solmaz Mehdiyeva-APA. Ötən gecə Qusar rayonunda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, Qusar şəhərindən Ləzə kəndi istiqamətində hərəkət edən Qusar rayon Yanğından Mühafizə Xidmətinin rəis əvəzi 36 yaşlı Qusar sakini Tehran Ağamuradov idarə etdiyi “Niva” markalı avtomobildə yolun hərəkət istiqamətini itirib. O, avtomobili saxlayaraq maşından düşüb ətrafa nəzər yetirmək istəyərkən təqribən 30 metrlik yarğandan sürüşərək yıxılıb. Qusar rayon Polis Şöbəsindən APA-nən yerli bürosuna verilən məlumata görə, Tehran Ağamuradovun cəsədi bu gün səhər saatlarında Qusar rayon Xuray kəndi yaxınlığındakı yarğanın aşağı hissəsindən tapılıb. İlkin ehtimal kimi faciəyə T. Ağamuradovun ehtiyatsızlığının səbəb olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR