Bank Of Baku

Azərbaycanın Şirvan şəhərində tələbə qətlə yetirilib

Azərbaycanın Şirvan şəhərində tələbə qətlə yetirilib
# 05 yanvar 2009 12:43 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şirvan şəhərindəki çayxanada baş verib. Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin tələbəsi, 1991-ci il təvəllüdlü Əzimov Nahid Vahid oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. N. Əzimov döş qəfəsindən aldığı bıçaq yarasından ürəyinin zədələnməsi nəticəsində hadisə yerində dünyasını dəyişib. Məlumata görə, hadisəni tərədən şəxsin kimliyi araşdırılır.
Mərhumun Şirvan şəhərindəki İstilik Elektrik Stansiyasının yataqxanasında yaşadığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR