Bank Of Baku

Bayıl yamacındakı sürüşmə zonasında yerləşən evlərin inventarlaşmasında problemlər meydana çıxıb

Bayıl yamacındakı sürüşmə zonasında yerləşən evlərin inventarlaşmasında problemlər meydana çıxıb
# 05 yanvar 2009 12:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bayıl yamacındakı sürüşmə zonasında yerləşən evlərin inventarlaşmasında bəzi problemlər ortaya çıxıb. Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimovun APA-ya verdiyi məlumata görə, bu problemlər üzündən inventarlaşmanın yekunlaşması ləngiyir. Şöbə müdiri bildirib ki, sürüşmə zonasında olan 151 evin bəzisində məcburi köçkünlər, bəzisində isə kirayənişinlər yaşayır. Bundan başqa, ərazidə xeyli sayda sənədsiz evin də olduğunu bildirən İ. Kərimov hətta 2000-ci ildə baş verən sürüşmədən sonra da burada bir neçə yeni evin tikildiyini söyləyib: “Araşdırmalar zamanı müəyyən olunub ki, sürüşmədən sonra kompensasiya alıb evini tərk edən şəxs həmin evi kürəkəninə verib. İndi kürəkəni də kompensasiya tələb edir. Həmçinin, bəzi sakinlər, ümumiyyətlə, evləri barədə məlumat vermək istəmirlər. Bəzi evlərdə hətta üç ailə yaşadığı da ortaya çıxıb”.

İ. Kərimovun sözlərinə görə, bu çətinliklərə baxmayaraq, hazırda 3 qrup sürüşmə zonasındakı evlərin inventarlaşması işini aparır. Şöbə müdiri bildirib ki, proses yekunlaşdıqdan sonra siyahı hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunacaq. Sakinlərə kompensasiyanın hansı formada verilməsini də Nazirlər Kabineti müəyyənləşdirəcək.

Qeyd edək ki, Səbail rayon İcra Hakimiyyətinin tapşırığı ilə dekabrın 1-dən Səbayel rayon Mənzil Kommunal Tikinti İdarəsi, 46 və 58 saylı Mənzil İstismar Sahələri sürüşmə zonasında olan 151 evin inventarlaşmasına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR